Dollar satışını dayandıran və ya sərt məhdudiyyət qoyan banklar –Tam SİYAHI

0
4

Ölkədə bəzi kommersiya bankları dollar satışını dayandırsa da, bir çox banklar 300-500 USD limitlə dollar satışını həyata keçirir.

Lakin qeyd etmək lazımdır ki,bu göstəricilər gündəlik olaraq dəyişə bilər.

Bu daha çox gündəlik məzənnə, bankın daxili qərarlarından asılı olaraq dəyişir. Hal hazırda bankların dollar satışı belədir:

“Access Bank”da dolların satışı maximum  100 USD-dir

“AFB Bank” dolların satışını dayandırıb.

“AG Bank” dollar satışını müvəqqəti olaraq dayandırıb.

“Amrah Bank” dollar satışını dayandırıb.

“Ata Bank” dolların satışını maximum 500 USD-lə edir.

“Azər-Türk Bank”da dolların satışı mövcuddur. Limit haqqında bankın filiallarına yaxınlaşa bilərsiniz..

“Bank Avrasiya”da 200 USD limitlə dollar əldə etmək mümkündür.

“Bank BTB”-də dolların satışı 100 USD-ə qədərdir.

“Bank of Baku”da dolların satışı 300 USD-ə qədərdir.

“Bank Respublika”da dolların satışı 100 USD-ə qədərdir.

“Bank Silk Vey”də yalnız kartlar üzrə dollar əməliyyatları həyata keçirilir.

“Bank Standard”da dolların satışı dayandırılıb.

“Bank VTB” dolların satışını müvəqqəti olaraq dayandırıb.

“Capian Development Bank” 200 USD limitlə dollar satışını reallaşdırır.

“Express Bank”da 100 USD-ə qədər dollar əldə etmək mümkündür.

“Beynəlxalq Bank” 200 USD limitlə dollar satışını həyata keçirir.

“Kapital Bank”da dolların satış limiti 100 USD-dir.

“Muğan Bank” dollar satışını dayandırıb.

“NBC Bank”da dolları 500 USD-ə qədər sənədsiz,500 USD-dən yuxarı şəxsiyyət vəsiqəsilə əldə etmək mümkündür.

“Nikoil Bank”da dolların satışı dayandırılıb.

“Paşa Bank”da dolların satışı bankın müştərilərinədir.Limit isə 5000 USD-dir.

“Rabita Bank”da dolların satışı 200 USD limitlə həyata keçirilir.

“Turan Bank”da dolların satışında limit 100 USD-dir.

“Unibank”da dolların satışı mümkündür.Bunun üçün müştəri şəxsiyyət vəsiqəsilə bankın baş ofisinə yaxınlaşmalıdır.

“Xalq Bank” dolların satışını dayandırıb.

“Yapı Kredi Bank” dollar satışını 100 USD limitlə həyata keçirir.

“Ziraat Bank” 200 dollar limitlə dollar satır.

Banker.az