Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra PKK/KCK rəhbərliyinin terror təşkilatı üzvlərinə yeni təlimatlar verdiyi məlum olub.
Təşkilat rəhbərliyi üzvlərinə FETÖ-yə qarşı əməliyyatların sıx həyata keçirildiyi ərazilərdə terror aktı törətmək tapşırılıb.
Hərbi çevriliş cəhdindən sonra PKK-nın planlarını deşifrə edən təhlükəsizlik qüvvələri terrorçuların şəhər mərkəzlərinə bomba, sursat və təşkilat üzvlərini “gəlin maşını və konvoyu” görüntüsü verilən maşınlarla daşıdıqlarını müəyyən edib.
Bütün rayon polis idarələrinə “gəlin maşınları” ilə əlaqədar diqqətli olmaq barədə xəbərdarlıq edilib.