© RİA Novosti, Vladimir Fedorenko
Frenk Fan
The Epoch Times (ABŞ), 28.08.2016
Qələm və kağız uşaqlar üçün təhlükəli sayılmır, lakin çinli istehsalçılar adətən ziyansız olan dəftərxana ləvazimatlarını zəhərli etməyi bacarıblar. Valideynlərin yeni dərs ilindən əvvəl Çinin parlaq və ətirli dəftərxana ləvazimatlarını almamışdan qabaq yüz-dəfə götür-qoy etməyinə dəyər.
Çinin dəftərxana ləvazimatları dünya istehsalının, təxminən, 40%-i təşkil edir, buna görə də əksər ölkələrdə satılanların böyük bir qismi dünyanın ən sıx əhalisi olan ölkəsindən gəlir.
Gözqamaşdırıcı bəyazlıq
Dəftərxana korrektorlarının zəhərliliyi yaxşı məlumdur. O, toluol kimi üzvi həlledicilərin mövcudluğu ilə şərtlənir. Qərbin bəzi şirkətləri su əsaslı alternativ vasitələr satır. Çində məhsulun zəhərliliyini laboratoriya siçovullarının üzərində sınaqdan keçirblər.
Szyansi əyalətinin televiziyası 2012-ci ildə xəbər verib ki, sınağın gedişində gəmiriciləri iki şüşə konteynerə yerləşdiriblər: bir boş idi, digərinə isə bundan əvvəl korrektor töküb pambıqdan kürələr qoyublar ki, mayeni özünə hopdursun.Korrektor tökülmüş konteynerdəki siçovullar üç dəqiqə ərzində ölüb.
Bu təcrübə Beijing News dövlət qəzetini araşdırmaya həvəsləndirib və korreksiyalı mayenin dörd və korreksiyalı lentin iki növü analiz olunub. Dörd məmulatın dördündə də ifrat dərəcədə benzol miqdarı, üzvi həlledici aşkarlanıb. Onlardan biri sanki benzolsuz kimi satılır, digəri isə milli təhlükəsizlik standartının yol verdiyindən yeddi dəfə çox benzol ehtiva edirdi. Maye və lentlərin hamısında kanserogen və radioaktiv maddələr, həmçinin dərini qıcıqlandıran formaldehid üzvi həlledicinin artıq miqdarı aşkarlanıb.
Szyansu əyalətindəki Büro 2015-ci ilin sonunda dəftərxana mallarının 30%-i araşdırıb və bunun 13%-də üzvi həlledicilər təhlükəsizlik həddini aşıb.
Rezinlər
East News saytı (Şanxay) xəbər verir ki, 2014-cü ilin iyununda doqquzyaşlı Syao Manın anası oğlu güclü başağrısı və ürək bulanmasından şikayətləndikdən sonra onu xəstəxanaya göndərib. Məlum olub ki, oğlan zəhərli ftal turşusu ehtiva edən rezindən istifadə etdiyi üçün xəstələnib.
East Day nəşrinə əsasən, Şanxay texniki nəzarət bürosunun apardığı araşdırma göstərib ki, Çin rezinlərindən 30 növündən 10-da başağrısı, göz, boğaz və burun iltihabı doğura biləcək ftal turşusunun artıq miqdarı var.
Szyansu əyalətində rezinlərin 30 növünü tədqiq edərək onlardan 10-da yumurtalığın və süd vəzinin xərçənginə səbəb olası turşunun yüksək miqdarını aşkarlayıblar.
Çantalar
Təhlükəsizlik üçün daha bir təhlükə Çində istehsal edilmiş çantalardır. Onun tərkibində formaldehid və təhlükəli, ağır metallar böyük miqdardadır. Beijing News-un apardığı araşdırma göstərib ki, keçən ilin sentyabrında çantaların dörd növündə qurğuşun olub.
Beijing News-un məlumatına görə, Pekin geyim və texnologiyalar institutunun dosenti Qonq Yan deyir ki, formaldehidin uzunmüddətli təsiri immun sistemini zədələyə və yuxululuq, nevrasteniya doğura bilər.
Qələmlər
CCTV teleşirkəti xəbər verir ki, Çinin şimali-şərqindəki Çançun şəhərinin qadın sakini yüerli qəzetə şikayət edib ki, akvarel üçün fırçalar və rəngli markerlər alandan sonra onun qızında güclü başağrıları başlanıb. Məlum olub ki, bu əşyaların tərkibində ağır metallar var və əşyanı ağzına soxmaq vərdişi olan uşaqlar xəstələnə bilər.
Qələmin daxilində də təhlükəli maddələr olub. Szyansu əyalət hökumətinin apardığı yoxlama göstərib ki, testdən keçirilmiş 38 özəkdən 13-də artıq miqdarda benzol var.
Kağız
Kağızın zəhərli ola biləcəyini təsəvvür etmək çətindir, lakin çinli istehsalçılar üsul tapıblar. Szyansu hökuməti 2015-ci ilin sentyabrında çap üçün kağızın 13 markasını yoxlayıb və aşkarlayıb ki, hamısı şübhəli dərəcədə parlaqdır.
Kağızın parlaqlığı üçün milli standart 95% təşkil edir, halbuki bu kağız növlərinin orta göstəricisi 101,5%, ən yüksəyi isə 111% təşkil edir. Səbəb dəri qıcıqlanması doğura biləsi zərərli kimyəvi ağardıcıdır.
“Bu onunla bağlıdır ki, alıcılar hesab edirlər ki, kağız nə qədər ağdırsa, keyfiyyəti bir o qədər yaxşıdır, – Texniki nəzarət Bürosu rəisinin müavini Van Qojun deyir. – Buna görə də şirkətlərin əksəriyyəti istehsal prosesində fluoressent ağardıcılar əlavə edir”.
Tərcümə Strateq.az-ındır.