Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılıb.
Azinforum.az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. Çıxış edənlər rəssamı təbrik edərək uğurlar arzulayıblar.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Sərgidə nümayiş olunan 33 sənət əsəri gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuları əhatə edir. Həmçinin, əsərlərdə müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi də öz əksini tapıb.
Qeyd edək ki, Leyla Əzimbəyova Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun həyat yoldaşıdır.