Sakit okeanda zəlzələ:5,7 bal

0
4

Sakit okeanın İndoneziya sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, zəlzələ ocağı Cayapura yaşayış məntəqəsindən 238 kilometr qərbdə, 28,3 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.