PKK:“ABŞ bizi kürəyimizdən bıçaqladı”

0
7

ABŞ bizi kürəyimizdən bıçaqladı.

Axar.az xəbər verir ki, bu sözləri YPG terror qruplaşmasının sıralarında döyüşən amerikalı hərbçi Ervin Stran deyib.
Bir zamanlar sözügedən qruplaşmanın tərkibində xidmət keçən ingilis döyüşçü Co Akerman da ABŞ-ın bundan sonra YPG-yə yardımı dayandırmasını “iyrənc və kədərli” olaraq şərh edib.

Qeyd edək ki, Azad Suriya Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Cerablus şəhərinə girməsindən sonra rəsmi Vaşinqton YPG-yə Fərat çayının şərqinə doğru geri çəkilməyi tövsiyyə etmiş, əks halda yardımı dayandıracağı xəbərdarlığını göndərmişdi.