“ABŞ və Türkiyə arasında münasibətlərin yaxşılaşması mümkün deyil” –”Financial Times” yazdı

0
4

«Financial Times» qəzetinin redaktoru David Gardner Türkiyədəki son hadisələrlə bağlı  məqalə qələmə alıb.

O, məqaləsində çevrilişə cəhdin arxasında FETÖ-nün dayandığını qeyd edib:

Gardner məqaləsində Obamanın köməkçisi Joe Bidenin çərşənbə günü paytaxt Ankaraya etdiyi səfəri xatırladaraq, bunu münasibətləri normallaşdırmaq üçün atılmış addım adlandırıb. Həmin gün Türkiyənin hərbi əməliiyyat keçirdərək İŞİD terror qruplaşmasının Çerablusdan təmizləndiyini və Ankaranın bununla bir NATO üzvü kimi dəyərini Vaşinqtona xatırlatmaq istədiyini yazıb.

Məqalədə Türkiyənin Qərbdən istədiyi dəstəyi görməməsi də vurğulanıb:

«Türkiyənin hələ də Qərb ilə tam razılaşdığı qənaətinə gəlmək olmaz və türk dövləti bir çox cəbhədə savaşmaq məcburiyyətində qalıb. Gülənin ekstradasiyası baş tutmayana qədər, ABŞ və Türkiyə arasında münasibətlərin yaxşılaşması mümkün deyil. Həmçinin, Aİ üzvü ölkələrin çevrilişə cəhddən sonra ciddi reaksiyalarının olmamasından sonra prezident Ərdoğanın bir müddət öncə Rusiyaya səfər etməsi və yaxın günlərdə də İrana səfərini nəzərdə tutulması, Qərb tərəfindən ciddi mesaj olaraq dəyərləndirməlidir».

Məqalədə daha sonra deyilir: “Sübutlar onu göstərir ki, çevrilişə cəhdin arxasında Fətullahçılar var. Bu qrup keçmişdə hakim partiyanın yaxın müttəfiqi kimi görünsə də, Ərdoğan onlarla mübarizəyə başlayandan sonra Fətullahçıların dövlətdəki təşkilatlanması qarşısında şok olub. Fətullahçılar dövlətə Ərdoğanın iddia etdiyi qədər sızıbsa, bu, Türkiyənin və prezidentin böyük təhlükə ilə qarşı-qarşıya olduğunu göstərir”(Olke.az).