Fətullah Gülənə yaxın köşə yazarı Ergun Babahan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı təşkil edilən silahlı hücuma qalmaqallı reaksiya verib.
FETÖ-yə qarşı əməliyyat başlayandan sonra xaricə qaçan və indi də PKK terror təşkilatının sözcüsü olan Babahan paylaşdığı son tvitində Kılıçdaroğlunu hədəfə alıb.“Faşizmə dəstək verən hər kəs bədəlini ödəyəcək. Buna Kılıçdaroğlu da daxildir. Bu hələ başlanğıcdır”.
Babahanın sözügedən tviti Kılıçdaroğluna qarşı təşkil edilən sui-qəsdin FETÖ və PKK ilə əlaqəli olduğunu təsdiqləyib.