Binali Yıldırım:“Hərbi əməliyyat Suriyanın ərazi bütövlüyünə qarşı yönəlməyib”

0
4

Suriyada həyata keçirilən hərbi əməliyyat bu ölkənin ərazi bütövlüyünə qarşı yönəlməyib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

“Hərbi əməliyyat Suriyanın ərazi bütövlüyünə qarşı yönəlməyib. İŞİD terror təşkilatının silahlılarından təmizlənən ərazilərdə suriyalılar yaşayacaq”, deyə B.Yıldırım bildrib.

Qeyd edək ki, Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri Azad Suriya Ordusunun nəzarəti altına keçib, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.