Təşkilat rəhbəri İlham Əliyevə müraciət etdi…

0
12

Yeni yaradılmış “Azad Azərbaycan Naminə” təskilatın təsisçisi Agaşirin Tarverdioglu  Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev cənablarına muraciət ünvanlayıb. Redaksiyamıza göndərilmiş müraciətin mətnini olduğu kimi təqdim edirik:

 

“Cənab Prezident, 23 ildir məcburi köckün həyatı yaşayıram. Dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənova müraciət etsəm də, heç bir cavab almamışam. Hərdən aldığım cavabda da Sumqayıtın icra başçısı Zakir Fərəcov və Qubadlının icra başçısı Malik Isakovdan sitat gətirərək, sənə ev düşmür deyir.

Cənab Prezident, bir faktı diqqətinizə catdırmaq istəyirəm ki, niyə Əli Həsənovun, Zakir Fərəcovun, Malik Isakovun Lacından, Qubadlıdan, Cəbrayıldan ayaqyalın-başıaçıq gələn doğmalarının və qohumlarının hamısı müasir şəraitli evlərdə, dəbdəbəli villalarda yaşayıb, bahalı maşınlarda gəzirlər, mən isə 23 ildir ki,  kirayərlərdə, hətta kirayəni verə bilməyəndə küçələrdə yaşayıram.

Cənab Prezident,  Bakıda 30 min erməni dəbdəbəli həyat şəraitində yaşayır, mənə bir sığınacaq verilmir. Niyə, erməni hüquq mudafiəçisi Bakıdan sığınacaq alıb, evlə təmin olunur,  mən kücələrdə yaşayıram? Belə cıxır ki, mən sığınacaq alıb bir komada yaşamağım ucun erməni olmalıyam? Bu Vətən, bu torpaq, bu məmləkət mənim, mən də bu Vətənin ogluyam. Amma Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri  Əli Həsənov dövlətin vəsaiti hesabına tikilən evləri qaçqınlara ya şəxsi marağı hesabına verir, ya da öz qohum-əqrabasına. Bu yaxınlarda Əli Həsənov canlı yayımda dedi ki, qaçqınlara verilən evlərin çoxu boşdur, əgər bir neçə günə köçməsələr bu evləri başqalarına verəcəyik. Təəssüflər olsun ki, həmin evlərin hamısı yenə də boşdur, Əli Həsənov yenə də susub, çünki ehtiyacı olmayan qacqınlara maddi imkanlarının yaxşılaşması üçün verib, ona görə dili gödəkdir. Çünki, Əli Həsənov Qubadlı qacqınlarına ev verəndə, ya Malik İsakovla, ya da Zakir Fərəcovla məsləhətləşib öz şəxsi büdcələri naminə ev verirlər. Buna sübut kimi deyə bilərəm ki, mən Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinə müraciət edəndə, Sumqayıtın icra hakimiyyətindən sitat gətirdi ki, ona ev düşmür. Bəs onda Əli Həsənovun, Zakir Fərəcovun, Malik İsakovun bütün doğmaları və qohumları evlə necə təmin olublar.  Deməli, bunlar ya vətənpərvər deyillər, ya da cənab Prezident, Sizi aldadırlar. Odur ki, Sizdən xahiş edirəm konstitusiyanın Sizə verdiyi səlahiyyəti rəhbər tutaraq, mənim evlə təmin olunmağıma göstəriş verəsiniz. Sonda onu demək istəyirəm ki, muraciətimi Əli Həsənova ümid etməyəsiniz,  öz nəzarətinizdə saxlayasınız, çünki bunlar həm qaçqınları, həm də sizi aldatmaqda çox mahir ustadılar”.