İtaliyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının sayı 24-ə çatıb

0
4

İtaliyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının sayı 24-ə çatıb.

Bu barədə “RİA Novosti” xəbər verib.

*   *   *10:53

İtaliyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ən azı 14 nəfərin həlak olduğu bildirilir.

Bu barədə İtaliya kütləvi informasiya vasitələri xəbər verib.

*   *   *09:45

İtaliyanın mərkəzində yerləşən Latsio və Umbriya vilayətlərinin sərhədində, Terni şəhəri ərazisində 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Onun məlumatına görə, yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən qərbdə yerin təqribən 24 km-də və L’Akuila şəhərindən şimalda 50 km. dərinlikdə qeydə alınıb.

Zəlzələnin ocağı 2 km. dərinlikdə olub.

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində zəlzələ nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib. Şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilərlər.

“Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq”, – deyə o bildirib.

Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.