Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər –Ehtiyatlı olun

0
4

İsti havada telefonlarda qobur və örtüklərdən istifadə olunması onların partlamasına səbəb ola bilər.

Bunu Akdeniz Universitetinin Mühəndislk fakültəsinin professoru Şükrü Özən deyib.

O bildirib ki, qobur və örtüklər istiliyi saxlayır və elektrik cihazlarında istiliyin dağılmasına mane olur. Bu da cihazın partlamasına gətirib çıxara bilər: “Havanın temperaturu yüksək olduğu aylarda elektrik cihazları, telefonlar işləyərkən daha da qızır. İsti havada telefonları pəncərə önünə, avtomobilin içində günəşin qızdırdığı yerlərə qoymaq olmaz”.

Yay aylarında telefonların partlama hallarının tez-tez baş verdiyini bildirən professor, cihazların batereyasının azalmasının onların istiliyinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.

O, yayda xüsusilə, hamilə qadınların və uşaqların telefondan istifadə etmə müddətinə diqqət edilməsinin vacibliyini də vurğulayıb. (Report)