ABŞ Türkiyəyə reaktiv silah verməkdən imtina etdi

0
4

ABŞ daha əvvəl razılaşdırıldığı kimi, İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyəyə “HIMARS” reaktiv yaylım atəşi sistemini verməyib.

“TRT Haber” telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyadakı əməliyyatı ölkə sərhədlərini terrorçulardan təmizlənməyə yönəldilib.

Bu gün səhər koalisiya təyyarələri tərəfindən dəstəklənən Türk Hava qüvvələri Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlayıblar.

Ondan əvvəl isə Türkiyə Quru Qüvvələrinə məxsus tanklar Suriya ərazisinə keçib.