ABŞ-dakı seçkilər sirləri açıb-tökür: “İŞİD-i xanım Klinton və Obama yaradıb, silahla təchiz edib”

0
5

İsrael Şamir

cont.ws, 22.08.2016

 

ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klinton sanki yağ-bal içindəydi. Prezident, “Nyu-York Times”, “Washington Post”, federal telekanallar onun tərəfindəydi. Sanki qələbə cibindəydi. Hətta bir neçə il əvvəl də beləydi – onun rəqibi Donald Trampı heç kim tanımırdı da. Lakin indi, yeni şəbəkə texnologiyaları əsrində ona o qədər  də asan deyil. Onun cənnət bağındakı mozalan Londondakı Ekvador səfirliyinə artıq dördüncü il qapanan Culian Assanj çıxıb. O, əvvəlcə Dempartiya  liderlərinin Berni Sandersdən can qurtarmaq üçün sui-qəsdə girdiyini göstərən elektron yazışmaları yayıb. Partiyanın baş katibi istefaya getməli olub, yazışmanı sızdıran adamı Vaşinqtonun küçələrində ölü tapıblar. Hər halda Klinton Sanderslə dil tapa bilib – o, yaxşı pul, təzə ev alıb, kitab nəşr etdirib və öz tərəfdarlarını Klintona səs verməyə çağırmaqla “qaynayıb qarışıb”.

Və Culian Assanj bu məqamda onun yazışmasını yayımlayıb və bildirib ki, məhz madam Klinton dövlət katibi olarkən ABŞ və Avropada terrorçu təşkilatlar siyahısına daxil edilmiş İŞİD-ə silah tədarük edib. Assanj hələ deyib ki, o, and altında Senatda terrorçulara silah tədarükü haqda heç nə bilmədiyini deyərkən, yalan danışıb.

Assanjın açıqlamalarını gözardı etmək də olardı, lakin Donald Tramp bunu göydə tutub. O, Hillari Klinton və Barak Obamanı İŞİD-i yaratmaq, ona və məqsədlərinə rəğbət bəsləmək, İŞİD-lə saxta, qondarma, Amerika vergi ödəyicisinə böyük pullara başa gələn, lakin şəxsən xanım Klintona və fonduna ciddi gəlir gətirən müharibə aparmaqda ittiham edib.

Maykl Makfol (2012-2014-cü illərdə ABŞ-ın Rusiya səfiri – tərc.) Trampı ittiham edib ki, o, “Putin təbliğatı”nı səsləndirir. Pentaqon hiddətlənir ki, İŞİD-ə qarşı on minlərlə (başqa məlumatlara görə, 50 min) döyüş uçuşundan sonra onu hələ də İŞİD-lə əlbirlikdə qınayırlar! Xeyli qalmaqal qızışıb. Lakin Assanj və Tramp fakt üzrə haqlıdırlar.

İŞİD-ə silah tədarükü və onun yaradılması bu qaydada baş verib: dövlət katibi Klinton Barak Obamanı (deyirlər ki, o bu əhvalatda passiv rol oynayıb) Suriya və Liviyada rejim düşmənlərinə silah tədarük etməyə inandıra bilib. Bunun üçün Qətərə böyük partiya Amerika silahı satılıb. Fars körfəzinin kənarındakı böyük büdcəli balaca knyazlıq silahın pulunu ödəyib və hələ Klinton fondunun hesabına da xeyli məbləğ köçürüb. Silah Liviyanın Misirlə həmsərhəd hissəsinə –Benqazidəki islamçı ekstremistlərə göndərilib. Silah Misirin xırda xuliqanlarına paylanıb – haydı, irəli, Qəddafini devirin!

Qəddafi devrildikdən sonra silah Liviyadan Suriyaya – oradakı üsyançılara göndərilib. Həm də Klinton və Obamanın şübhəsi yox idi  ki, üsyançılar “Əl-Qaidə”yə yaxın islamçı ekstremistlərdir. Amerika Müdafiə Nazirliyinin dərc edilmiş fövqəlməxfi təcili diplomatik məlumatı bunu birbaşa ifadə edir: ““Əl-Qaidə”- İraq üsyançıları Suriyanı tanıyır, lap əvvəldən Əsəd rejiminə qarşı vuruşurlar. Qərb ölkələri, Körfəz monarxiyaları və Türkiyə onların Şərqi Suriyanı ələ keçirərək Benqazidəki kimi dayaq bazası yaratmaq planını dəstəkləyir”.

İŞİD Suriyada bu cür yaranıb.  

Obama və Klinton İŞİD-in İraqda da meydana çıxmasına şərait yaradıblar. Amerika qoşunları İraqı işğal etdikdən sonra amerikalılar hələ Buşun dönəmində Bağdadda şiə hökuməti formalaşdırıb onu sünnilərin üstünə salıblar. Sonra isə Klinton və Obamanın dönəmində sünnilərə külli miqdarda silah və döyüş texnikası buraxıb gediblər. İslamçılara təkcə Amerika “Hammer”lərinə oturub qara bayraq qaldırmaq qalırdı.

Vikiliks”in dərc və Trampın istifadə etdiyi məlumatlar şahidlik edir ki, İŞİD sonralar da Amerikadan silah alıb. Onu nəzərə olaraq “mötədil müxalifət”ə tədarük edirdilər,lakin amerikalılar bilirdilər ki, silah “Əl-Qaidə” və İŞİD-in əlinə düşür. İŞİD-in Pakistandakı yaraqlılarının lideri etiraf edib ki, amerikalılardan silah alıb. Tramp dövlət katibi Klinton və prezident Obamanı bunda haqlı ittiham edir. O deyir: “İŞİD istəyir ki, Klintonu seçsinlər, mən isə İŞİD-ə son qoyacağam”.

Beləcə, gözlərimizn qabağında terrorçu və ekstremistlər yuvasının yaradılma sirləri açılır.

 

Tərcümə Strateq.az-ındır.