Una mənşəyi bilinməyən maddə qarışdırılır – “Çox böyük fəsadlar olacaq”

0
4

“Un dəyirmanlarında buğdaya insan orqanizmi üçün arzuolunmaz ağ maddə qarışdırırlar”.

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı birliyə daxil olan müraciətlərin ardı-arası kəsilmir: “Həcmini şişirtmək, yaxud da yapışqanlıq vermək üçün una kimyəvi maddə qarışdırırlar. Ancaq o nə maddədir, hardan gətirilir, mənşəyi nədir bilinmir”.

E.Hüseynov məsələ ilə bağlı hələki dövlət qurumlarına müraciət etmədiyini bildirib: “Dövlət orqanları onsuz da seyirçi mövqedədirlər. Buna son qoymaq lazımdır. Biabırçılıqdır. Ölkədə çox böyük fəsadlar gözlənilir”.