Türkiyə ordusu hərəkətə keçdi –”Fırtına” raketləri PYD və İŞİD-ə zərbə endirdi

0
4

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki İŞİD və PYD mövqelərini “Fırtına” raketləri ilə vurur.

Məlumata görə, türk qoşunları hökumətin əmri ilə Cerablus bölgəsinə ağır zərbələr endirməyə başlayıb.

Əməliyyatın aparılmasında məqsəd PYD qoşunlarının Menbiçə daxil olmasının qarşısını almaqdır. Ancaq bu məlumat hələ də rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Bölgədə olan jurnalistlərin verdiyi məlumatlara görə, Cerablusa qarşı əməliyyata hazırlaşan Azad Suriya Ordusuna bağlı qruplar da quru hərəkatına hazırlaşır.

Axar.az