Türkiyədə toyda partlayış törədilib,30 nəfər ölüb, 94 nəfər yaralanıb

0
4

Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30  nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Qaziantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək  NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.