Müasir insanlar lazım olandan qat-qat çox qida qəbul edir. Alimlərin fikirinə görə, məhz bu bir çox xəstəliklərin əsas səbəbidir.
Bu xəstəliklər arasında – ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, bəzi xərçəng növləri, dayaq-hərəki sistemi xəstəlikləri və s. Qəbul etdiyimiz qidanın azalması, detoks-günlər bizi daha sağlam və gümrah edəcək, orqanizmin tonusunu qaldıracaq, orqanizmdə gedən bərpa prosesləri sürətləndirəcək.
Həftədə 1 dəfə detoks günü təyin edin. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın və səhər acqarına qarışdırıb için. Gün ərzində yalnız çiy meyvə-tərəvəz yemək və bol su içmək lazımdır.
Meyvə və tərəvəzləri həddindən artıq yeməyin – bu köpə, qarın ağrılarına səbəb ola bilər.