“Məmurlar çevriliş niyyətindədir” – Hafiz Hacıyev

0
4

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında ölkə məmurlarını çevriliş niyyətində ittiham edib. Partiya sədrinin sözlərinə görə, məmurlar uzun illər ərzində yığdıqları pulları qoruyub saxlamaq və bu vəsaitdən qorxusuz şəkildə istifadə etmək üçün ölkə daxilində çevrilişin reallaşmasında maraqlıdır:
“Məmurlar çevriliş niyyətindədir. Onlar yığdıqları pulları qoruyub saxlmaq üçün çevriliş etmək istəyir. Istəyirlər ki, Azərbaycanda çevriliş olsun, onlar da yığdıqları pulları rahat yesinlər. Bunların məqsədi budur. Məmurlar mənim qardaşıma xəyanət edirlər. Mən isə buna imkan vermirəm. Bütün gün ideoloji mübarizə aparıram. Qoy onlar düşünməsin ki, istədikləri addımı atacaqlar və bunları görən, onların qarşısına çıxan olmayacaq”.