Bineli Yıldırım ABŞ-ı Fətullah Gülənin ekstradisiyasınısürətləndirməyə çağırıb

0
4

“Bu adam çevrilişə cəhdin lideri idi. Biz nə gözləyirik? İki ölkə arasındakı razılaşma ortadadır”.

Bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.

Türkiyənin baş naziri ABŞ-ı Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiya prosesinə tez başlamağa çağırıb.

O, bildirib ki, Türkiyə bu prosesin sürətləndirilməsini istəyir.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edib. Nəticədə 246 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb.  (Report)