Quba rayon sakini intihar edib.
Rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb.
İntiharın səbəbləri məlum deyil. İntihar etməzdən öncə o, bu barədə “Facebook” səhifəsində yazıb. Uzun müddət müəllim işləmiş B.Seyidov təqaüddə olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.