Bu gün Türkiyədə iri Rusiya kriminal “general” Rövşən Canıyevə (Rövşən Lənkəranski) sui-qəsd olub. O, Rusiyada kriminal aləmin lideri (Şakro Molodoy) ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub.
“Rosbalt”a hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, Canıyev görüşə gedərkən öz yolsuzluq avtomobilində vurulub.
Mənbənin məlumatına görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkəranski fəallaşmağa başlayıb.
Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər.
Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.
Xatırladaq ki, bir müddət əvvəl İrəvanda keçirilən “qanuni oğrular”ın “sxodka”sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb.
Həmin “sxodka”da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.