Tarif Şurası dərmanların baha qiymətə satılması barədə məlumatlara münasibət bildirib

0
4

Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət açıqlayıb.

APA-nın şuranın saytına istinadən verdiyi məlumata görə, şura dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiymətinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edildiyini, onlardan 7347 dərman vasitəsinin (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışda olduğunu açıqlayıb: “Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.

1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir”.

Qeyd olunub ki, Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil.

Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib: