Azərbaycanlılar SSRİ-də yaşamaq istəyirlərmi? –MDB-də aparılan rəy sorğusunun nəticələri

0
4

Azərbaycanda gənclərin 68 faizi hesab edir ki, hazırda SSRİ-nin tərkibində olduqları zamandan daha yaxşı yaşayırlar. Yalnız 14 faiz bunun əksini fikirləşir.

Bu barədə Sputnik Polls sorğu mərkəzinin MDB dövlətlərinin vətəndaşları arasında keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunur. “Sovet vaxtı, yaxud indi daha yaxşı yaşayırdınız?” sualına respondentərin cavabı birmənalı olmayıb. Yaşlı azərbaycanlıların 69 faizi sovet vaxtında daha yaxşı yaşadıqlarını bildiriblər. Cəmi 29 faiz isə indi yaxşı həyat sürdüklərini deyib.

Göründüyü kimi yaşlı nəsil SSRİ-nin sosial təminat sisteminin tərəfdarı kimi çıxış edib.

Rəy sorğusunun maraqlı nəticələri olub.

Məsələn, Ermənistanda rəyi soruşulan gənclərin 47 faiz SSRİ-ni dəstəkləyib, 48 faiz əleyhinə olub. Yaşlıların 71 faizi sovet vaxtı yaxşı yaşadıqlarını deyib, 23 faizbunun əleyhinə çıxıb. Özbəkistanda hesab edirlər ki, müstəqil olduqdan sonra daha yaxşı yaşayırlar. 18-24 yaşlı gənclərin 89 faizi, 35-64 yaşlı özbəklərin isə 91 faizibelə düşünür.

Tacikistanda da SSRİ nostalgiyası yoxdur. 18-24 yaşlı gənclərin 84 faizi, yaşlıların56 faizi sovet hökümətinin əleyhinə olublar.

Qazaxstan və Qırğızstanda nəticələr oxşar olub. Gənclərin 35 faizi “lehinə”, 56 faizi“əleyhinə” səs verib. Yaşlıların 60 faizi isə sovet zamanında daha yaxşı yaşadıqlarını deyiblər.

Sorğunun nəticələrində deyilir ki, Azərbaycanda gənclər iqtisadiyyatı bərbad olan Ermənistandan fərqli olaraq özləri üçün böyük perspektiv və imkanlar görürlər. Erməni gənclərinə isə iş lazımdır. Gənc azərbaycanlılar sovet məhdudiyyətlərini lazımsız sayırlar. Onlar iqtisadi firavanlığa ümid edir.

Gürcüstanda aparılan sorğunun nəticələrinə görə, yaşlı əhalinin 51 faizi SSRİ-nin “lehinə”, 46 faiz “əleyhinə” səs verib. Gənclərin 79 faizi SSRİ-nin əleyhinə olub.
Nəticələr göstərir ki, postsovet ölkələrinin minimal sabit inkişafı SSRİ tərəfdarlarının sayını azaldacaq. Yaxın onilliklərdə bu kəsim artıq ciddi siyasi çəkisi qalmayacaq. Bu ölkələrdə yalnız ciddi kataklizmlər sovet ideyasını yenidən cazibədar edə bilər.