37 yaşlı Bakı sakini qeyri-rəsmi yaşadığı qadını qətlə yetirərək həyətdə basdırıb

0
5

Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib. Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (“Report”)