Hakan Şükür həbs olunacaq – MƏHKƏMƏ QƏRARI

0
4

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib, ifadəsinin alınması barədə qərar çıxarılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.

***

Türkiyənin keçmiş millət vəkili, ulduz futbolçu Hakan Şükürün villasında axtarış aparılıb.

Haqqında həbs qərarı çıxarılan futbolçunun Kocaeli əlayətindəki villasında axtarış aparılıb.

Məlumata görə, qərar Sakarya növbətçi məhkəməsi tərəfindən çıxarılıb.

Qeyd edək ki, Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürün FETÖ ilə əlaqəsi olduğu deyilir.