Nida Vətəndaşı Hərəkatının üzvü Elgiz Qəhrəman barəsində həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, ittihama görə saxlanılarkən avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.
Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.