Gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Azinforum.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. B. Hacıyev bildirib ki, hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir:
“Dünən söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.