Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb.
APA-nın verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi(XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.
Ermənistan XİN-in məlumatında deyilir ki, Memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.