Erməni politoloq:”Sarkisyan müharibə imitasiyası edərək torpaqları verəcək”

0
5

Rusiya və Ermənistan prezidentlərinin 10 avqustda Moskvada baş tutmuş görüşü Yerevan üçün risklər yaradır. 

Strateq.az bildirir ki, bu barədə bu gün jurnalistlərlə görüşündə erməni politoloqu Ayk Martirosyan bəyanat verib. 

O, əmin olduğunu bildirib ki, Moskva danışıqlarında torpaqların Azərbaycana verilməsi məsələsi müzakirə edilib: “Bu görüşlər çox vacibdir. Amma biz neqativ və təhlükəli hadisələrin şahidi oluruq. Ermənistan hakimiyyəti görüşlərin əsil mahiyyətini nə qədər gizlətsə də, biz bilirik ki, ərazilərin qaytarılması məsələsi müzakirə edilib. Çoxsaylı məlumatlar var ki, danışqlarda gerçəkdən nələr müzakirə edilib. Bu kontekstdə istənilən görüş bizim üçün təhlükəlidir. Ərazilərin verilməsi məğlubiyyətdir və bu görüşlər bizi ona aparır”.

Erməni politoloq eyd edib ki, torpaqların qaytralması üçün müharibə imtisasiyası olacaq: “Bu imitasiyada Ermənistan uduzacaq və torpaqlar geri veriləcək. Hakimiyyət isə biz heç nə edə bilmədik, qəfil hücum oldu deyəcək. Ərazilər belə veriləcək”.