Qida mütəxəssisləri kalsiumla zəngin, ishal kimi xəstəliklərə, sümüklərə yaxşı təsir edən, vitamin və mineral tərkibli bananın orqanizmə daha çox faydası olduğunu bildiriblər. Şirin dadı, gözəl ətiri, asan yeyilməsi və daşımaqda üstünlüyü ilə hər yaş qrupu tərəfindən çox sevilən bananın qara rənginin daha çox xeyirli olduğunu qeyd ediblər. Kalsium deposu olan banan təzyiqi salma, ürəyi aritmiyalardan qorumaq, əzələ gücsüzlüyünü azaltma kimi faydalarıyla yanaşı güclü sümük quruluşunu da təmin edir. Çünki güclü bir skelet sisteminə malik olmaq təkcə kalsium və D vitamini ilə bağlı deyil. Sağlam sümük quruluşu üçün orqanizmin kalsiuma da ehtiyacı var. Dolayısıyla kalsiumla zəngin meyvə olması güclü bir sümük quruluşuna yardım edir.
Moderator.az xəbər verir ki, qida ekspertləri xoşbəxtlik meyvəsi hesab olunan bananın stressə qarşı da yaxşı təsir etdiyini bildiriblər. İş günlərində tələsərək aç qarına evdən çıxmaq əvəzinə bir balaca boy banan yemək sizin stressiz və sakit bir gün keçirməyinizə yardım edəcək. Eyni zamanda gün ərzində ac qalmaqdansa bir banan yemək yorğunluğunuzu aradan qaldıracaq. Banan həmçinin liflə zəngin olduğuna görə bağırsaq funksiyalarını tarazlaşdıraraq qəbizliyə də ishala da yaxşı təsir edir. Bağırsağın probiyotik gücünü də artıraraq immunitet sisteminə dəstək olur.
Qabığı qaralmış bananlar isə güclü antioksidant təsirə malikdir. Banan nə qədər çox qaralıbsa, demək bir o qədər antioksidantla zəngindir. Məhz bu xüsusiyyətinə görə qaralmış bananları xərçəngə qarşı qoruyucu vasitə kimi qəbul etmək lazımdır.
Belə bananlar yüksək kalori və karbohidratlarla zəngindir, həmçinin glisemik yük baxımından diqqətlə istifadə olunmalıdır. Buna görə artıq çəki, şəkər və böyrək çatışmamazlığı olanlar banan istifadə edərkən zülallı qidalar da qəbul etməyi unutmamalıdır.