Rioda keçirilən Yay Olimpiya Oyunlarının ağır atletika yarışında bədbəxt hadisə baş verib.
AzNews.az xəbər verir ki, yarışda Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan ağırlıq qaldıran zaman uğursuzluğa düçar olub. Andranik Karapetyan 195 kq ağırlığı qaldırmağa çalışarkən qolu dirsəkdən çıxıb və sınıb.
Ağrıya dözə bilməyən erməni atlet qışqıraraq ağlayıb.
Qeyd edək ki, 20 yaşlı erməni atlet yarışların favoriti hesab edilirdi və onun qızıl medalı qazanacağı ehtimal olunurdu.
Xəbər 1520 dəfə oxunub.
‘