Türkiyənin yüksək rütbəli zabitiABŞ-dan sığınacaq istəyib

0
4

Türkiyənin ali rütbəli zabiti ABŞ-dan sığınacaq istəyərək Ankaranın geri qayıtmaq tələbinə rədd cavabı verib.

Bbu barədə “Reuters” agentliyi Birləşmiş Ştatların Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, adı açıqlanmayan zabit xidməti ezamiyyətdə olub və NATO-nun Norfolkdakı (Virciniya ştatı) qərargahındakı qurumlardan birinə müvəqqəti rəhbərlik edib.

Vaşinqtondakı səfirlikdən bildirilib ki, ötən ay Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Mustafa Uğurlunun da həbsinə order verilib. O, rəhbərliyin vətənə qayıtmaq əmrinə tabe olmayıb.