Türkiyənin Şırnak bölgəsində Piyadaların Zirehli Maşınının partladılması nəticəsində 5 əsgər şəhid olub, 8-i yaralanıb.
“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya görə, əsgərlərin olduğu zirehli maşın hərəkətdə olarkən, terrorçular uzaqdan idarə edilən partlayıcı qurğunu işə salıblar. Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb.