“Vikiliks”in qurucusu Culian Assanc 15 iyul dövlət çevrilişinə cəhdin arxasında Səudiyyə Ərəbistanı və ABŞ-ın olduğunu açıqlayıb.
Assanc Demokratlar Partiyasından prezidentliyə namizəd, sabiq dövlət katibi Hillari Klinton başda olmaqla xeyli Vaşinqton rəsmisi və Səud xanədanının çevrilişin pərdə arxasında yer aldığını iddia edib.
Onun sözlərinə görə, əllərindəki sənədlər xanım Klintonun Fətullah Gülənə dəstək verdiyini sübut edir.