Türkiyə ilə Avropa İttifaqı arasındakı viza rejimin sadələşdirilməsi gündəlikdə deyil. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
O deyib ki, viza rejiminin ləğvi Türkiyə tərəfindən bütün şərtlərin yerinə yetirilməsindən sonra baş verə bilər.
Eyni zamanda, XİN başçısı Türkiyədə siyasi durumun qiymətləndirilməsində təmkinliyə çağırıb. O qeyd edib ki, həyata keçirilən həbslərin tənqidi ilə yanaşı, çevrilişə cəhd edən qüvvələrin xüsüsi amansızlıqla dinc əhaliyə və parlamentə qarşı hərəkətlərini dərk etmək lazımdır.