Rus həkimdən beyni qocalmaqdan qorumaq üçün 9 üsul

Rosbalt.ru, 08.08.2016

 

Bu doqquz məsləhət əhvalı yaxşılaşdırmağa və mərkəzi sinir sistemini qocalmaqdan qorumağa kömək edir.

Endokrinoloq, pəhrizşünas, antiyaş təbabəti üzrə mütəxəssis Nadejda Fetisova beynin qocalmasının profilaktikasından danışır. Ona əməl etmək qətiyyən çətin  deyil.

namaz

1.İbadət edin. Dinin fərqi yoxdur, istənilən ibadət antistress təsirə malikdir.İbadətdə sözlərlə melodiyanın çulğaşması sinir sistemini müsbət lada kökləməkdə insana yardım edir.

2

2.Özünüz üçün şəfalandırıcı məkan yaradın. Hər birimizin evində və iş yerimizdə vaxt keçirmək üçün xoş guşə olmalıdır. Ola bilsin, rahat, yumşaq kürsünü güllərin arasına qoyasınız və yaxud iş yerində yanınızadakı divarı sevimli fotoşəkillərlə bəzəyəsiniz, ayağınızın altına qırımızı xalı sərəsiniz və yaxud hətta masanın altında balaca “qumluq” quraşdırasınız ki, çimərlikdə necə dincəldiyinizi təsəvvür edəsiniz.İstənilən variant işə yarayır, başlıcası budur ki, rahat olasınız. Həkim deyir: “Yəqin eşidibsiniz ki, yaponların mikrodırmıqla dımrıqladıqları bağçaları var. Bu da şəfalandırıcı məkan ola bilər”.

3

3. Şəfalı obrazlardan istifadə edin. Durumu təsəvvür edin: işdə yorulmusunuz, evə gedirsiniz, amma tıxacda ilişmisiniz. Sizə elə gəlir ki, hər şey dəhşətdir – gün ağır idi, ətrafdakı insan kütləsi sizi əsəbiləşdirir, hava pisdir. Fikrinizi yönəltməyə cəhd edin: yaxşı şey haqda düşünün. Məzuniyyət vaxtı sərgüzəştlərinizi yada salın, istirahət günlərini necə şən keçirdiyinizi, evdə sizi hansı maraqlı kitabın gözlədiyini xatırlayın.

4

4.Özünüzə rəhbər, müalicə həkimi, məşqçi, müəllim tapın. Sizə güvənəcəyiniz, öz yolunuzu tapmağa yardım edəsi adam lazımdır. Nadejda Fetisova deyir: “Sağala bilməyəcəyinizi düşünən həkimdən müalicə almayın. Təəssüf ki, Rusiyada həkimlər öz müştərilərinə bir qədər kobud yanaşırla: “Di nə istəyirsiniz, nəyi gözləyirsiniz? Sizdə heç nə alınmayacaq, onsuz da hər şey aydındır”. Həkimlər heç vaxt belə danışmamalıdır, ümidi itirməməlidir. Onlar müştəriyə ümid bəxş etməlidirlər. Sizə ünsiyyətdə xoş olan həkim axtarıb tapmaq lazımdır”.

5

5.Dostlarla, qohumlarla tez-tez görüşün. Dostlarla, ailə üzvləri ilə yazışmaq üçün sosial şəbəkələrdən istifadə edirik. Yaxın adamı doğum günü və yaxud Yeni il münasibətilə şəxsən və ya telefonla təbrik etməyin əvəzinə SMS göndəririk. Bunların heç biri şəxsi təması heç vaxt əvəz edə bilməz. Dostlarla ünsiyyətdə olmaq, təəssüratları bölüşmək və sadəcə, vaxtı şən keçirməyə macal tapınepa04433291 Chelsea's fans celebrate after Diego Costa (C) scored the 2-0 goal during the English Premier League soccer match between Chelsea FC and Arsenal FC at Stamford Bridge in London, Britain, 05 October 2014.  EPA/ANDY RAIN DataCo terms and conditions apply  http://www.epa.eu/files/Terms%20and%20Conditions/DataCo_Terms_and_Conditions.pdf

6.Azarkeş olun. Həkim məsləhət görür: “Bu, hormonal fonumuza dedikcə yaxşı təsir edir. Lakin udan komandanın azarkeşi olmaq  lazımdır. Ona görə də komandanız uduzursa, meylinizi dəyişin”.

gul

7.Komediyalara baxın. Hətta səfeh komediyalar və lətifələr hormonların hazırlanmasını artırır. Bu, ömrümüzü uzadır.

xobbi

8.Özünüzə hobbi seçin. Tikiş və yaxud kitab qiraəti olsun, istənilən hobbi beynin işinə təkan verir. Lakin həkimlər sizi daha çox hərəkətə məcbur edən məşğuliyyət seçməyi məsələhət görürlər. Fizkultura əla hobbidir. Bağbanlıq da bu qədər faydalıdır – bostançılar təkcə xeyli  hərəkət etmir, həm də tez-tez təmiz havada olurlar. Adi gəzintini də hesabdan silməyinə dəyməz.

7

9. Vaxtı dost kimi qəbul edin. “Şəhərlilər elə hey tələsirlər. Hələ 100 il əvvəl insan həmişə düşünürdü ki, vaxtını necə itirsin. İndi isə daim düşünürük ki, haradan vaxt tapaq. Alimlər, psixoloqlar deyirlər ki, zamanı düzgün qavramırıq, ona başqa cür yanaşmaq lazımdır. Tələsməyi tərgitmək lazımdır. Tələsirsinizsə, düşünün ki, tələsməyinə dəyərmi?”

 

Qeydə aldı: Vasili Yurovski

Tərcümə Strateq.az-ındır.