Ərdoğandan böyük dəyişiklik anonsu:”Dövləti sıfırdan quracağıq”

0
4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl Cəzirə” telekanalına verdiyi müsahibədə 15 iyul hərbi çevriliş cəhdindən sonra orduda başlayan “təmizliyin” avqustun 30-na qədər davam edəcəyini deyib.

Ərdoğan Fətullah Gülən təriqətinin 40 ildir dövlətə nüfuz etdiyini, bu təriqətin 20 gündə təmizlənməsinin mümkün olmadığını deyib. “Bu, uzun müddətli işdir, dövləti sıfırdan quracağıq”-Ərdoğan deyib.

“Onların köklərini qazıyacağıq, dövləti sıfırdan quracağıq. Təhlükəsizlik qüvvələrini təmizləyəcəyik. Bu an ortada güclü siyasi iradə var. Hamısını təmizləyəcəyik. İnqtiqam deyil, ədalət çərçivəsində bu təmizləməni həyata keçirəcəyik” – Türkiyə prezidenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, o, fətullahçılarla 2010-cu ildən bəri mübarizə aparırdı. “Onlar manyak qrupdur, sadəcə Türkiyəni deyil, Afrikada da bir çox ölkəni ələ keçirməyi planlaşdırırlar”-o deyib. Türkiyə prezidenti bildirib ki, iyulun 15-də fətullahçı terrorçular yüzlərlə vətəndaşı şəhid edib, minlərlə yaralı var. “Amma bu zülm cavabsız qalmayacaq. Pensilvaniyakı zat bunun əvəzini ödəyəcək”-Ərdoğan xəbərdarlıq edib