Referendumdan sonra iqtidar komandasında böyük dəyişiklik baş verəcəkmi?!

0
4

İqtidardakı Eldar Mahmudov əlaltıları həbs ediləcək…

İqtidar ətrafı mənbəmizdən aldığımız məlumata görə referendumdan sonra rəhbər strukturlarda sürpriz dəyişikliklər baş verəcək. İqtidar daxilindəki klanların çəkişməsi onlardan birinin tamamilə sıradan çıxarılmasıyla nəticələnəcək. Yaşı altmışı ötmüş rəhbər kadrlar vəzifələrindən kənarlaşdırılacaq. Keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudova yaxınlıgı iıə tanınmış bütün məmurlar sıradan çıxarılacaqlar ki, onlardan bəziləri hətta cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

1

Məlumat verən mənbə onu da vurğulayıb ki, xüsusi yaradılmış məxfi qrup bir çox iriçaplı məmurun mal varlığı və malik olduqları torpaqlar barəsində araşdırma aparır. Bu sırada hətta bəzi oliqarx nazirlərin də adları çəkilir. Qeyd olunur ki, bəzi məmurlar obyekt, villa, torpaq və digər əmlaklarını satışa çıxarmaq istəsələr də, buna imkan verilməyib. Mənbə bildirib ki, referendumda dəyişikliyi nəzərdə tutulmuş bəzi maddələr oliqarxların ələ keçirdiyi minlərlə hektar torpağın əllərindən alınmasına şərait yaradacaq.Bununla yanaşı yenilənəcək iqtidar komandasında adları korrupsiya, rüşvətlə bağlı hallanmamış, bizneslə əlaqəsi olmayan şəxsərin təmsil olunacağı da daxil olan məlumatda yer alıb. Sabiq nazir E.Mahmudovun isə iqtidarda hələ də yer alan əlaltılarıyla birgə növbəti həbs dalğasından xilas ola bilməyəcəyini mənbə xüsusilə önə çəkib.

Turan Türk