Paytaxtda ana qızını öldürüb

0
4

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Elfanə Cəfərovanı boğub öldürüb. Z.Cəfərova saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddət imiş pozulubmuş. Qızının hərəkətlərindən narahat olan Z.Cəfərova ona bir neçə dəfə xəbərdarlıq edib. Nəhayət, dünən əsəblərinə hakim ola bilməyən 35 yaşlı qadın 15 yaşlı qızını boğaraq öldürüb.

Qeyd edək ki, ailə başçısı hazırda həbsxanadadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bəzi KİV yazdığına görə yeniyetmənin qətlinə səbəb onun zorlanması olub. Yəni, qızının cinsi təcavüzə məruz qalması valideynin belə bir addım atmasına gətirib çıxarıb.

Sabunçu Rayon Prokurorluğundan virtualaz.org saytına bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Ana-bala arasında mütəmadi olaraq insident yaranıb. Hadisə baş verən gün də yeniyetmə anasını təhqir edib. Əsəblərini cilovlaya bilməyən ana övladını boğub.

Sabunçu Rayon Prokurorluğundan yeniyetmənin zorlanması ilə bağlı deyilənlərin əsassız olduğunu bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.