Azərbaycan Mərkəzi Bankı 5 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 5-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5980 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7797 manat təşkil edir. 1 türk lirəsi 0,5309 manat, 1 rus rublu 0,0242 manatdır.