Avstriyanın kansleri:”Türkiyənin Aİ-a üzvlüyü barədə danışıqları dayandırmaq lazımdır”

0
4

Avstriyanın kansleri Kristian Kern hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) qəbulu barədə danışıqları dayandırmaq lazımdır. O, bu məsələni sentyabr ayında alyansın sammitində qabartmağı planlaşdırır.

Kernin sözlərinə görə, Türkiyə hələ tezliklə Avropa İttifaqına üzv ola bilməyəcək. Bu prosesdə ciddi axsamalar qismində kansler, nəinki Türkiyədə baş verən son siyasi olayları sadalayır, həm də bu ölkədəki «iqtisadi cəhətdən qeyri-bərabərliyi» önə çəkir.

Əslində isə Avstriya kanslerinin mövqeyni belə izah etmək olar: «Bir işi görmək istəməsən, min cür bəhanə axtarıb taparsan…».