Alimlər:”Fəsillər yerini dəyişə bilər”

0
4

Təbii mövsüm dəyişikliyi təhlükə altındadır. Qlobal iqlim dəyişikliyi artıq o qədər ciddidir ki, alimlər fəsillərin dəyişməsinin təbii və normal olmadığını proqnozlaşdırırlar.

Azərtac xəbər verir ki, bu barədə kanadalı alimlər Robert Skraybler və Polo Bekvit bildiriblər. Onların məlumatına görə, Şimal yarımkürəsi artıq ekvatordan kənara çıxır. Bu isə gələcəkdə yay və qışın yerini dəyişməsinə gətirib çıxaracaq.

Məhz iki okean cərəyanı arasındakı baryeri qış və yay arasında olan dəqiq fərq tənzimləyir. Bu tarazlığın pozulması təbii fəlakətlərə, o cümlədən ərzaq böhranına səbəb olacaq.