Dubay aeroportunda uğursuz eniş edən təyyarədə baş verən yanğın söndürülüb.
Uğursuz enişdən sonra “Emirates” şirkətinə məxsus təyyarənin mühərrikində partlayış baş vermişdi. Hadisə zamanı hava gəmisində 300 nəfər olub. Onlardan 282-si sərnişin, 18-i isə heyət üzü olub. Xəsarət alan olmayıb.
Hadisədən dərhal sonra hava limanı bağlanıb.