Şagirdlərə yeni dərslərintədrisi təklif olunur

0
4

“Orta məktəblərin yuxarı sinif şagirdlərinə həm gender, həm də media dərsləri keçilməlidir”.

Bunu “Report”a Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Təranə Mahmudova deyib.

T.Mahmudova mediada yayılan neqativ xəbərlərin əhaliyə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu cür xəbərlər mədəniyyətdən, təhsildən, özünüinkişafdan uzaq qalan insanlara ideya verir və onlar baş vermiş neqativ hadisələri yamsılamağa çalışırlar.

O söyləyib ki, dünyanın bütün inkişaf etmiş ölkələrində media dərsləri olur və şagirdlərə medianın təsiri altına düşməmək, media tərəfindən manipulyasiya edilməmək bilikləri aşılanır: “Media dərsləri deyəndə bəziləri elə başa düşür ki, bu esse yazmaq, jurnalistika haqqında məlumat toplamaqdır. Bunlarla yanaşı, bu cür dərslər gəncləri medianın təsiri altına düşməkdən qoruyur. Orta məktəblərdə media və gender dərslərinin keçirilməsini dəstəkləyən, təşəbbüslə çıxış edən sosial institutlar olmalıdır. Həmin institutlar Təhsil Nazirliyinə bu cür təşəbbüslə müraciət etməlidir ki, məsələnin geniş müzakirəsinə imkan yaransın”.