Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir.
Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir.
Q.Yetirmişlinin sözlərinə görə, ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir.