Türkiyə Ali Hərbi Şurasının tərkibində dəyişiklik oldu

0
4

Türkiyə Ali Hərbi Şurasının strukturunda dəyişıkliklər edilib.

Azərtac “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, yeni strukturda Baş nazirin müavinləri, ədliyyə naziri, xarici işlər naziri və daxili işlər naziri də Şuraya üzv olublar. Beləliklə, yeni Ali Hərbi Şura Baş nazir, baş qərargah rəisi, Baş nazir müavinləri, ədliyyə naziri, xarici işlər naziri, daxili işlər naziri və milli müdafiə naziri ilə qüvvə komandirlərindən ibarətdir.

Dəyişikliyə əsasən, Şuranın kargüzarlıq xidmətləri Milli Müdafiə Nazirliyində aparılacaq. Şuranın iş üsulları, baş katibliyin hər cür iş və əməliyyatları Yüksək Hərbi Şura ilə qəbul ediləcək. Bütün proseslər Baş nazir tərəfindən çıxarılacaq əsasnamə ilə müəyyən olunacaq.