Yaponiya paytaxtı Tokio şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib.
APA-nın verdiyi xəbərə görə, Yaponiyanın sabiq müdafiə naziri Yuriko Koyike bu gün keçirilən seçkilərdə inamlı qələbə qazanıb.
2 milyon 912 min səs qazanan Y.Koyike sabiq nazir rəqibləri Hiroya Masuda və tanınmış jurnalist Süntaro Toriqoyeni arxada qoyub.