“Sanki hökumət xalqın üzərində eksperiment keçirir” –Əli Kərimlidən qiymət artımına etiraz

0
4

Azərbaycanda çörəyin qiymətinin qalxmasına AXCP sədri Əli Kərimli də sərt reaksiya verib.

Əli Kərimli sosial şəbəkədə belə bir status yazıb:

“”10 qəpikdir” deyib, keçməyin. Ölkədə hər ailə ayda orta hesabla 40 kq (80) çörək yeyir. Yəni hər ailə təkcə çörəyin qiymətinin qalxmasına görə ayda 8 manat itirəcək. Amma kasıb ailələrdə ayda təqribən 60 kq (1.5 dəfə çox) çörək yeyildiyindən, həmin ailələrin aylıq itkisi 12 manat civarında olacaq.

Az öncə elektrik enerjisinin 1 kv.-nın 1 qəpik qaldırılması da orta hesabla hər ailəyə ayda 7-8 manata başa gələcək. Beləliklə, yalnız elektrik enerjisi və çörəyin qiymətinin qalxması hər ailənin aylıq xərcini 15-20 manat artırdı.

Onu da nəzərə alaq ki, qiyməti artan təkcə çörək və enerji deyil. İndi az qala hər şeyin qiyməti qalxır. Sanki hökumət xalqın üzərində eksperiment keçirir ki, bu ağır sosial duruma nə vaxta qədər dözə biləcəyimizi öyrənsin”.