Şampuna 2 həb aspirin əlavə edin və…

0
4

Aspirin ağrıları azaldır və qanı duruldur. Həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər.

Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur. Aspirinlə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.

2 həb aspirini yaxşı əzin, 1 dolu x.q. şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.